Baş səhifə » Nazirlik » Rəhbərlik

Azərbaycan Respublikasının nəqliyyat naziri Məmmədov Ziya Arzuman oğlu

1952-ci ildə anadan olub.

Ali təhsillidir.
Qırmızı Əmək Bayrağı Ordenli Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlamışdır.
1972-1974-cü illərdə hərbi xidmətdə olmuşdur.
1974-1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi, maşinist vəzifəsində,
1980-1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin partiya təşkilatının katibi və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində,
1983-1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri vəzifəsində,
1984-1987-ci  illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsində,
1987-1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi vəzifəsində,
1989-1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsində,
1991-1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi vəzifəsində,
1993-1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1996-cı il tarixli 379 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu vəzifədə çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 08 avqust 2002-cı il tarixli 750 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur.
Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür.
Rusiya Federasiyası Dərbənd şəhərinin Fəxri vətəndaşıdır.

Ailəlidir, 2 övladı var.

Tel: 430 99 41

e-poçt: ziyamamedov@mintrans.az

Qəbul vaxtı: hər ayın sonuncu çərşənbə günü saat 14.00-18:00

 

Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini Pənahov Musa Sədi oğlu

1959-ci ildə anadan olub.

Ali təhsillidir.
Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakultəsini  bitirmişdir.
Əmək fəaliyyətinə 1976-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə Yük Stansiyasında başlamışdır.

1984-1988-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı dəmir yol hissəsinin Plan-iqtisad şöbəsinin rəis müavini, rəisi vəzifəsində,
1988-1993-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Baş iqtisadçısı - Maliyyə xidmətinin rəisi vəzifəsində,
1993-2004-cü illərdə Azərbaycan Dəmir Yolu İdarəsinin iqtisadi məsələlər üzrə müavini vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2004-cı il tarixli 102 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Fəxri Dəmiryolçudur.

Ailəlidir, 2 övladı var.

Tel: 430 99 41

e-poçt: panahov@mintrans.az

Qəbul vaxtı: hər ayın 1-ci və 3-cü həftəsinin cümə günləri saat 14.00-18:00

 

 

 

 

 

 

 Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini Əsgərov Arif Nəriman oglu

1961-ci ildə anadan olub.

Ali təhsillidir.
Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu bitirmişdir.
Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Dövlət Dəmir Yolunun Bakı hissəsinin maliyyə şöbəsində başlamışdır.
1989-1994-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun mühasibat və maliyyə xidməti rəisinin müavini, maliyyə xidmətinin rəisi vəzifəsində,
1994-1996-cı illərdə “Azərreyl” Səhmdar Cəmiyyəti Baş direktorunun müavini vəzifəsində,
1996-2000-ci illərdə Azərbaycan Dövlət Dəmir Yolunun maliyyə xidmətinin rəisi vəzifəsində, 
2000-2003-cü illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Tarif və Nəqliyyat Servis Xidmətinin rəisi vəzifəsində, 
2003-2004-cü illərdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi Maliyyə-kredit şöbəsinin müdiri vəzifəsində,
2004-2009-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin rəisi vəzifəsində, 
2009-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2015-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Fəxri dəmiryolçudur.

Ailəlidir, 3 övladı var.

Tel: 430 99 41

e-poçt: a.asgarov@mintrans.az


 

 

 


Məmmədov Ziya Arzuman oğlu

Pənahov Musa Sədi oğlu

Əsgərov Arif Nəriman oglu