az| en
Baş səhifə
Saytın xəritəsi
Əlaqə
 
   Nazirlik
   Qanunvericilik
   Nəqliyyat
   Nəqliyyat siyasəti
   Nəqliyyat dəhlizləri
   Beynəlxalq əməkdaşlıq
   Lisenziyalaşdırma
   Məlumat bazası
   İctimaiyyətlə əlaqə
   Saytın xəritəsi
 
Xocalı soyqırımı ilə bağlı tədbir keçirildi
26.02.2010

   


Tədbirdə Xocalının tarixindən, işğalından danışılıb, torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi yad edilib.
 
Fevralın 26-da Nəqliyyat Nazirliyində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Nazir müavini cənab Musa Pənahov Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım hadisəsini  1988-ci ildən başlayan Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən müdhiş, tarixdə analoqu çox az olan hadisələrdən biri adlandırıb. Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşən Xocalıda 1992-ci ilin qanlı faciəsinə kimi 7 min əhalinin yaşadığını xatırladan M. Pənahov fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdiyini bir daha vurğulayıb. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir.
Sonra Katibliyin müdiri Namiq Həsənov Xocalının tarixi, işğala aparan səbəblər barədə danışıb, Xocalı soyqırımı barədə statistik rəqəmləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. N. Həsənov çıxışında cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfərin öldürüldüyünü, 487 nəfərin şikəst olduğunu, 1275 nəfər dinc sakinin - qocaların, uşaqların, qadınların əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qaldığını, 150 nəfərin taleyi barədə hələ də heç bir məlumatın olmadığını bir daha xatırladıb, qeyd edib ki, Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmiş, onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər hətta meyitləri də təhqir etmişlər…
Tədbirdə, həmçinin, Xocalı soyqırımı ilə bağlı dövlət səviyyəsində ilk dəfə verilən qiymət məsələsinə də toxunulub. Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermiş, Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.


 
Nəqliyyat-Yol kompleksi
Avtomobil Nəqliyyatı
Dəmir Yolu Nəqliyyatı
Su Nəqliyyatı
Mülkü Hava Nəqliyyatı
Avtomobil Yolları
© 2006 Nəqliyyat Nazirliyi
Texniki dəstək və inkişaf Informatika və Məlumat sektoru tərəfindən həyata keçirilir
MEQA şirkətinin istehsalı