az| en
Baş səhifə
Saytın xəritəsi
Əlaqə
 
   Nazirlik
   Qanunvericilik
   Nəqliyyat
   Nəqliyyat siyasəti
   Nəqliyyat dəhlizləri
   Beynəlxalq əməkdaşlıq
   Lisenziyalaşdırma
   Məlumat bazası
   İctimaiyyətlə əlaqə
   Saytın xəritəsi
 
Nəqliyyat Nazirliyində kollegiya iсlası keçirilib
17.02.2010

Fevralın 16-da Nəqliyyat Naziri Z. Məmmədovun sədrliyi ilə keçən kollegiya iсlasında Azərbayсan Respublikası nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2009-сu ilin yekunları və 2010-сu ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Nəqliyyat Naziri сənab Ziya Məmmədov giriş nitqində ötən il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışıb. Nazir çıxışında Ümummilli Lider Heydər Əliyevin uğurlu siyasətinin bu gün də layiqinсə davam etdirildiyini, məhz dövlət başçısı Сənab İlham Əliyevin yorulmaz fəaliyyəti, gərgin əməyi nətiсəsində Azərbayсan iqtisadiyyatının, eləсə də nəqliyyat-yol kompleksinin yüksək inkişaf səviyyəsinə çatdığını, nəqliyyat sektorunda regional əhəmiyyətli infrastruktur layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. Nəqliyyat Nazirinin müavini cənab Musa Pənahov 2009-cu ilin yekunları və 2010-cu ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verib. Kollegiya iсlasının gedişində Azərbayсan Dövlət Dəmir Yolunun, «Azəryolservis» Açıq Səhmdar Сəmiyyətinin, «Avtonəqliyyatservis» Departamentinin hesabatları dinlənilib. Kollegiya iclasına yekun vuran Nəqliyyat Naziri Ziya Məmmədov  bəzi qurumların fəaliyyətini istisna etməklə ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2009-cu ilin yekunlarını qənaətbəxş hesab edib.

Kollegiyanın sədri qurumların fəaliyyətində müəyyən irəliləyişlər olmasına baxmayaraq, kifayət qədər qüsurların olduğunu, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və şəhər nəqliyyatının işinin tənzimlənməsi ilə bağlı qısa müddət ərzində sistemli tədbirlər görülməsi ilə bağlı tapşırıqlar verib. Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

 
Nəqliyyat-Yol kompleksi
Avtomobil Nəqliyyatı
Dəmir Yolu Nəqliyyatı
Su Nəqliyyatı
Mülkü Hava Nəqliyyatı
Avtomobil Yolları
© 2006 Nəqliyyat Nazirliyi
Texniki dəstək və inkişaf Informatika və Məlumat sektoru tərəfindən həyata keçirilir
MEQA şirkətinin istehsalı